Fransanın paytaxtı Parisdə naməlum şəxslər bıçaqla kütlənin üzərinə hücum edib.
"Report" "Hürriyet"ə istinadla xəbər verir ki, hadisə şəhərin Trappes bölgəsində qeydə alınıb.
Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Polisin aksiyanı həyata keçirənlərdən birini zərərsizləşdirdiyi bildirilir.
"Reuters" agentliyi isə İŞİD-in hücumun məsuliyyətini öz üzərinə götürdüyünü yayıb.


Şərhlər