Menu

“Türkiyə ABŞ-ın tələblərini yerinə yetirməyəcək” - Ərdoğanın mətbuat katibi

23.08.2018, 16:20
“Türkiyə ABŞ-ın tələblərini yerinə yetirməyəcək” - Ərdoğanın mətbuat katibi

"ABŞ-ın hüquq normalarına zidd tələbləri yolverilməzdir".

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Türkiyə hüquqi dövlətdir, rahib Endryu Bransonun işi isə - hüquqi prosesdir. Məhkəmə prosesi davam edir, Amerika isə, məhkəməyə məhəl qoymayaraq, bir sıra yolverilməz tələblər irəli sürür”, - Kalın bildirib.

Türkiyə liderinin mətbuat katibi Vaşinqtonun öz ölkəsində ata bilmədiyi addımları digər dövlətlərdən tələb etmək hüququna malik olmadığını söyləyib: “Hər imkan yarandıqda ABŞ hakimiyyəti Türkiyə və digər dövlətlərə məhkəmə sisteminin müstəqilliyinə dair məsləhətlər verir, hətta ittiham irəli sürür.

Lakin eyni zamanda özləri hələ davam edən məhkəmə prosesinə dair əsassız şərhlər və tələblər səsləndirirlər. Bu isə bəzi suallar doğurur”.

Kalın bildirib ki, məsələdə son söz məhkəməyə məxsusdur və digər ölkələr də Türkiyə hüquq sisteminə hörmətlə yanaşmalıdırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol