Menu

Sabah Moskvada Rusiya və Türkiyə XİN başçıları arasında görüş keçiriləcək

23.08.2018, 15:42
Sabah Moskvada Rusiya və Türkiyə XİN başçıları arasında görüş keçiriləcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

“Report”un “Haber7”yə istinadla verdiyi məlumata görə, görüş avqustun 24-də Rusiyanın paytaxtı Moskvada gerçəkləşəcək.

Görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə etməkdir.

Xatırladaq ki, hər iki nazir sonuncu dəfə avqustun 14-də Ankarada görüşüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol