Menu

Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb

23.08.2018, 19:23
Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb

Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıblar.

Araşdırmalarla T.Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol