Menu

Zaqatalada 14 yaşlı oğlan göldə boğulub

23.08.2018, 21:43
Zaqatalada 14 yaşlı oğlan göldə boğulub

Zaqatalada göldə çimən oğlan boğularaq ölüb.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında rayonun Aşağı Tala kəndi ərazisində baş verib. Belə ki, Aşağı Tala Köçkün Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rəvan Ramil oğlu İsmayılov yaxınlıqda olan gül plantasiyasına məxsus göldə çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol