«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin (DD) rəsmi nümayəndəsi Hezer Hauert bəyan edib ki, Rusiyadan S-400 ZRK alanların, Türkiyə qarışıq, hamısı buna görə, cavab verməli olacaq.
Onun sözlərinə görə, Vaşinqton bütün dünyadakı istənilən ölkəyə, o cümlədən, öz «müttəfiqləri»nə yönəlik sanksiyaların tətbiqini istisna etmir. «Biz, bütün dünyada müttəfiq və həmkarlarımızın mumkün S-400 alışına qarşıyıq» - deyə, Hayert jurnalistlərə bəyan edib.
Türkiyə barədə suala cavab verərkən, Hayert xatırladıb ki, Vaşinqton bunun mümkün nəticələri barədə Ankaranı xəbərdar edib və S-400 alışının tezləşdirilməsi məsələsində bu ölkəyə narahatlıq ifadə olunub.
«Əgər bu, belədirsə... bizi narahat edəcək. NATO üzrə Türkiyə kimi müttəfiq S-400-dən istifadə edəcəksə, bu, bizim siyasətimizlə ziddiyyət təşkil edir» - Hayert əlavə edib.
Gözlənildiyi kimi, Türkiyəyə S-400-lərin verilməsinə artıq 2019-cu ildə başlanacaq - elə bir vaxtda ki, ABŞ öz müttəfiqlərini Rusiya silahı almaqdan imtinaya məcbur edir.


Şərhlər
Bu gün ABŞ-ı ağıldan kəmlər idarə edir.ABŞ-n bu siyasəti özünü təcridə aparır.Nə qədər siyasətdə naşı olansan ki,dünyanı sanksiyalarla hədələyəsən.Allah ağıl versin.