Sumqayıt şəhərində mənzildə meyiti tapılan 19 yaşlı gəncin intihar etdiyi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində yeləşən mənzillərin birində meyti tapılan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlu özünü asaraq öldürüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
***

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1999-cu il təvəllüdlü Sənan Qədimoğlan oğlu Ülvizadənin meyitini aidiyyəti üzrə təhvil veriblər.


Şərhlər