Menu

Cəlilabadda avtoyuma məntəqəsində yeniyetməni cərəyan vuraraq öldürüb

24.08.2018, 22:00
Cəlilabadda avtoyuma məntəqəsində yeniyetməni cərəyan vuraraq öldürüb

Cəlilabad şəhərində yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, Mikayıl Müşfiq küçəsində yaşayan 2004-cü il təvəllüdlü yerli sakin Məmmədov Hüseyn Zaur oğlunu avtoyuma məntəqəsində elektrik cərəyanı vurub.

Uşaq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol