«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniya hakimiyyəti Fransisko Frankonun qalıqlarının məzardan çıxarılıb, «Həlak olmuşların vadisi» monumental kompleksinə köçürülməsinə icazə verən sənədi təsdiqləyib.
Baş nazirin müavini Karmen Kalvonun sözlərinə görə, «qanun gücünə malik olan dekret» təsdiqlnib və sənəd tarixi yaddaş barədə 2007-ci il qanununa iki aspektdən düzəlişi nəzərdə tutur.
Xəbər verildiyinə görə, İspaialı məmur bildirib ki, hakimiyyət diktatorun qalıqlarını İspaniyada vətəndaş müharibəsi (1930-cu illər) qurbanlarının dəfn olunduğu yerdən eksqumasiya etmək niyyətindədir.
Hələlik sənəd səsverməyə çıxarılmayıb.
Frankonun (1982-1975) diktaturası 46 il davam edib. 1939-cu ildə Franko «krallığın ömürlük ali idarəçisi - yalnız Allah və tarix qarşısında cavabdeh» şəxs elan olunub.


Şərhlər