Menu

Salyanda şadlıq evinin icarədarının oğlu Səyavuş Kərimovu baltaladı

26.08.2018, 09:54
Salyanda şadlıq evinin icarədarının oğlu Səyavuş Kərimovu baltaladı

Ötən axşam Salyan rayonunun Quyçu kəndinin ərazisində, Ələt-Astara avtomobil yolunun yaxınlığında yerləşən “Ceyran” restoran-şadlıq evində keçirilən ziyafət bir nəfərin xəsarət alması ilə nəticələnib.Virtualaz.org-un yerli bürosunun məlumatına görə, Salyan rayonunun Qızılağac kənd sakinlərinin ali məktəbə daxil olmuş həmkəndlilərinin uğurunu qeyd etmək məqsədi ilə “Ceyran” restoran-şadlıq evində təşkil etdikləri şadyanalıqda kənd sakini, 40 yaşlı Səyavuş Nobil oğlu Kərimov ilə obyekti “işlədən” icarədarın oğlu arasında mübahisə yaranıb.

Elə bu mübahisə zəminində icarədarın oğlu Səyavuş Kərimova balta ilə ayaq nahiyəsindən xəsarət yetirib.

Kənd sakini aldığı xəsarətdən Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırılma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol