Menu

Sabirabad sakini kürəyindən bıçaqlanıb

26.08.2018, 11:04
Sabirabad sakini kürəyindən bıçaqlanıb

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən axşam rayonun Muğan Gəncəli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Elvin Muxtar oğlu sol kürək və sağ çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Məlumata görə, E.Həsənov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol