Menu

İŞİD məsuliyyəti üzərinə götürdü - Misirdə polis postuna hücuma görə

26.08.2018, 17:50
İŞİD məsuliyyəti üzərinə götürdü - Misirdə polis postuna hücuma görə

İŞİD terror qruplaşması Misirin Şimali Sinay vilayətinin inzibati mərkəzi Əl-Ariş şəhərində polis postuna hücuma görə məsuliyyəti üzərinə götürüb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, hadisə şənbə günü baş verib. Hücum zamanı təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, daha bir neçə nəfər yaralanıb. Hücum edən silahlılar təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə öldürülüb. Onların sayı 4 nəfər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol