Menu

Ermənistanda məktəb direktoru özünü asaraq intihar edib

27.08.2018, 10:56
Ermənistanda məktəb direktoru özünü asaraq intihar edib

Ermənistanın Geğarkunik vilayətində yerli məktəb direktorunun meyiti öz mənzilində asılmış vəziyyətdə tapılıb."Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ötən gecə Martuni şəhər Polis Bölməsinə mənzillərin birinin sakininin telefon zənglərinə və qapının döyülməsinə cavab vermədiyi ilə bağlı məlumat daxil olub.

Polis qapını açaraq içəri girib və ev sahibi, 38 yaşlı Nairi Movsesyanın meyitini dəhlizdə metal borudan asılı vəziyyətdə aşkar edib.

Hadisə yerinə həmçinin İstintaq Komitəsinin əməkdaşları da cəlb olunub.

N.Movsesyan Martunidə 2 nömrəli əsas məktəbin direktoru vəzifəsində işləyib. Onun iki yetkinlik yaşına çatmayan övladı var.

Şərhlər

t.ədalət 2018-08-27 10:56:31

ermənistanda erməni məktəb direktorunun ölümü,ancaq arvadı və anası erməni olanlar üçün maraqlıdır.Bəlkə ermənilərin dərdini özləri üçün saxlayaq?Düşmənin informasiyaları bizi bezikdirib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol