Menu

BŞİH tullantıların daşınması istiqamətində köklü dəyişikliklərə başlayıb

27.08.2018, 12:17
BŞİH tullantıların daşınması istiqamətində köklü dəyişikliklərə başlayıb

Bu gün Bakı şəhərində tullantıların daşınması və ilk növbədə zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) "Report"a verilən bildirilib ki, artıq yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür.

BŞİH-dən qeyd olunub ki, bu müvəqqəti haldır, çünki yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub: "Buraya tullantıların çeşidlənməsi məqsədi ilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xaricı ölkələrin təcrübəsindən yararlanmaq məqsədi ilə xarıcdən mütəxəsislər dəvət olunub və hazırda işlər aparılır. Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcək".

Şərhlər

keçici qırmızı bayraqlar 2018-08-27 12:17:13

Bu kimdirsə, lap elə bil Vladimir Ulyanovdur. O Sankt-Peterburqda inqilab etmişdi, bu isə Hacıbalanın obyektində, özü də şırp "uçan zibillərdə". Malades.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol