Gənclər və İdman Nazirliyi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Facebook-da yazdıqlarına cavab verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Realtv.az-a bildirib ki, Şəhriyar Məmmədovun bəyanatı ilə tanışdırlar: “Şəhriyar hazırda çox ağır bir yarışdadır və bu səbəbdən əsəb, gərginlik, narahatlıq ola bilər. Düşünürük ki, yazdıqları bu hisslərdən irəli gələ bilər. Şəhriyar dünyanın üç ən güclü şahmatçısından biridir. Adını qürurla çəkdiyimiz şahmatçımızdır”.
Səmayə Məmmədova deyib ki, 2017-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən şahmat idman növünə 250 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların təlim-məşq toplantılarına göndərilməsindən tutmuş, onların yarışlarda iştirakı, yarış müddətində yaşamaq, qidalanmaq və s. bu vəsait hesabına ödənilir. Bəzən əlavə xərclər olur və onlar da nazirlik tərəfindən təmin edilir. Bununla yanaşı, 2018-ci il üçün Şahmat Federasiyası tərəfindən təqdim olunan təqvim əsasında 200 min manat da ödənilib. Təbii ki, əlavə xərclər olacaqsa, onlar da ödəniləcək”.
Nazirliyin sözçüsü qeyd edib ki, heç bir şahmatçı yarışlara öz hesabına getmir. Səmayə Məmmədova bildirib ki, şahmat idman növü Azərbaycan prezidenti İlham Əliyevin tərəfindən daim diqqətdə saxlanılır: “Şahmat cənab prezidentin idmançılarımız yarışlardan qayıdanda onların qəbulu, eləcə də həm maddi, həm də mənəvi cəhətdən dəstəklədiyi, diqqət ayırdığı idman növlərindən biridir”.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov sosial şəbəkədəki şəxsi hesabında paylaşım edərək, sponsorunun olmamasından şikayətlənib.


Şərhlər
Bismillahir-Rəhmanir-Rəhim .Bu məqələni yazana irada! Nazirlikdən Məmmədyarova cavab – “250 min manat vəsait ayrılıb….”Bir baxın ki,250 min nəvaxt ayrılıb? Nə məqsədlə və ondan nəqədəri ona çatıb. Hörmətli müxbir Mövlanənin yaxşı bir sözü var: “Ya həqiqəti de, ya da sus””Ən böyüç iradım hörmətli Səmayə xanımadır! Xanım deyir ki, “Şəhriyar hazırda çox ağır bir yarışdadır və bu səbəbdən əsəb, gərginlik, narahatlıq ola bilər. Düşünürük ki, yazdıqları bu hisslərdən irəli gələ bilər.Bu dünyanın üç ən güclü şahmatçısına təqir deməkdir.Yaxşı olar ki,desin nə qədər vəsait ayrılıb? Bir baxın, il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaiti onun şəxsi büdcəsi kimi təqdim edilməsi nə qədər düzdür”.
Utanmursuz yalan Cavab verirsiz.bele cixir Sehriyar yalan deyir.o hegigeten fexrimizdir!hesab edirem arasdirmag lazim idi sonra telesik cavab vermek.
250 min şahmata ayırmızınız, bu o demək deyildir ki, o pulun hamısı şahmata kimi gedib çatıb.
Necə olur ki, Azad Rəhimov "Qaqa Ledi"ninu 10 dəqiqə ziyildəməsinə 2 milyon dollar ödəyir, sahmata isə 200 min manat ayırır?! Səhriyqr 5-10 manatdan ötrü yalan danısacaq səxsiyyət deyil... Bəsdirin, aylbdlr axı!!!
Yaman əl-ayağa düşüblər. Şəhriyar sakitcə qazanırdı, bunlar da yeyirdilər. İndi yuxarıların xəbər tutacağından qorxurlar. Şəhriyar şahmatda xarüqələr yaradır. Özlərinə baxsınlar, Bu dahi türk oğluna baxsınlar, utanıb yerə girsinlər.
GOZLERI DOYMURDA!!PREZIDENT PULU AYIRIR BUNLARDA BASIB YEYIRLER.GOR NE TEZ DALBADAL CAVAB VERDILER.SOHBETE BAXA AGIR TURNIRLERDI SEHRIYAR YORULUB,ONA GORE BELE SERH VERIB.ELE BIL KI,SEHRIYAR 1CI DEFEDI SAHMAT OYNAYIR BERK YORULUB.BU BOYDA YALAN OLAR.BU MEHVE DOGRU GEDIR ,BELE GEDISLE IDMANCILARIMIZ DA QALMAYACAX.AZERBAYCAN PREZIDENTi Olmax Vallah dunyada belke en cetin isdi.Bunlarin hansiynan bacarasan!!