Myanma hərbiçiləri soyqırım məqsədilə kütləvi qətllər və təcavüz cinayətləri törədiblər. “AzPolitika” xarici mətbuata istinadla bildirir ki, BMT xüsusi araşdırma nəticəsində belə qənaətə gəlib.
“Reuters” agentliyinin yaydığı məlumata görə, BMT-nin Arakandakı Rohinca müsəlmanlarına qarşı zorakılığı araşdıran xüsusi müstəntiqləri bütün dünyanı dəhşətə gətirən qətliamla bağlı hesabat hazırlayıblar. Sənəddə göstərilir ki, Aun San Su Çjinin rəhbərliyilə Myanma hökuməti müsəlman azlığına qarşı təbliğata icazə verib, həmçinin hərbçilərin törətdiyi vəhşiliyi təsdiqləyən sənədləri gizlədib. Və hökumət bununla da, insanlığa qarşı törədilən cinayətlərə töhvə vermiş olub.

Xatırladaq ki, Rohinca müsəlmanlarına qarşı soyqırım 2017-ci ilin avqustunda törədilib. Nəticədə minlərlə insan qətlə yetirilmiş, 700 min müsəlman isə öz vətənindən köç etməyə məcbur qalmışdı.


Şərhlər