Menu

İranla Səudiyyə Ərəbistanı barışır?

28.08.2018, 11:07
İranla Səudiyyə Ərəbistanı barışır?

Əli Qazi Əsgər: "Qonşu ölkələr regional birlik qurmalıdır"

İranın Məkkəyə ziyarət edən zəvvarlardan məsul şəxsi və dini lider Əli Xameneyinin nümayəndəsi Əli Qazi Əsgər ölkəsinin Səudiyyə Ərəbistanı ilə yaranan gərgin münasibətlərin çözülə biləcəyi mesajını verib.Musavat.com xarici mediaya istindən xəbər verir ki, Əli Qazi Əsgər hər iki dövlətin bölgənin böyük gücləri olduğunu və aralarındakı problemlərin həllinin yalnız müzakirələrdən keçdiyini söyləyib.

Məkkə şəhərində mətbuat konfransı təşkil edən iranlı nümayəndə hac münasibətilə bir araya gəldikləri Səudiyyə Ərəbistanlı rəsmilərlə konstruktiv və faydalı görüşmələr gerçəkləşdirdiyini bildirib.

Картинки по запросу Ali Ghazi-Askar

Əli Qazi Əsgər

Ayətullah Xameneyinin təmsilçisi iki müsəlman dövləti birləşdirən platformanın yalnız Həcc ziyarəti olmaması gərəkdiyini deyib.

“Düşmənlik və kin nə İranı, nə də Səudiyyə Ərəbistanını regional hədəflərinə çatdıra bilməz. İŞİD fitnəsinin bütün Yaxın Şərqi təsir altına aldğı bir dövrdə daha böyük məqsədlərə can atılmalı və qonşu ölkələrlə regional birlik qurulmalıdır”,- Əli Qazi Əsgər bəyan edib.

Qazi Əsgər səudiyyəli rəsmilərin iranlı zəvvarlar üçün yüksək səviyyəli şərait yaratdığını vurğulayaraq, xüsusilə vizaların verilməsi, nəqliyyat məsələlərinin, gediş-gəliş problemlərinin daha rahat hala gətirilməsini buna nümunə olaraq göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol