Menu

"İlk DOST Mərkəzinin bu il Bakıda açılması nəzərdə tutulur" - Nazir

28.08.2018, 11:44
"İlk DOST Mərkəzinin bu il Bakıda açılması nəzərdə tutulur" - Nazir

"İlk DOST Mərkəzinin bu ilin sonuna qədər Bakıda açılması nəzərdə tutulur. Xidmət mexanizmləri hazırlanıb təqdim olunmalıdır. 126 xidmət üzrə əməkdaşlar üçün treninqlər keçiriləcək".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, DOST mərkəzləri ayrı qurum olaraq fəaliyyət göstərəcək: "Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun, məşğulluq idarələrinin, müfəttişliyin və tibbi ekspertizanın regional yerli bölmələri yeni yaradılacaq DOST mərkəzlərinə inteqrasiya olunacaq və işlər vahid mərkəzdən idarə olunacaq".

Nazir qeyd edib ki, regional yerli bölmələrin işçiləri treninqdən keçərək yüksək nəticə əldə edib DOST mərkəzlərində işlə təmin olunacaqlar: "Eyni zamanda, yeni işçilər və könüllülərdən ibarət işçi heyəti də olacaq".

Şərhlər

Nadir. 2018-08-28 11:44:52

Bismillahir-Rəhmanir-Rəhim . Vallah-billah bu təzə nazir S.Babayev səsli-küylü danışmağı sevir. Oxucuya demək istəyirəm ki. ,mən Nadir şah Əfşara həsr olunmuş “Nadirnamə” kitabını yarıya qədər oxumuşam. Amma bunu çox çətin başa düşürəm. İlk DOST mərkəzi nədir? Niyə ilk halbuki, Səhiyyə Nazirliyinində də Dostluq Mərkəzi yaradılir.Bunların fərqi nədir?
Yeri gəlmişkən onu da deyim ki, hörmətli S.Babayeva 5 aydır ki, yazdığım məktublara cavab almamışam. Yaxşı olarkı bu sahədə nizam -intizam yaradarsınız! 5 ayda şikayətə cavab verməmək özü vicdansızlıq deyilmi?” Bütün bunlarla yanaşı, soruşmaq gərəkdir cəzasızlıq və məsuliyyətsizlik mühitünü nazirlikdə kim yaradıb? Qanunun alilik prinsipini nüfuzdan salırsınız, dövlət orqanlarına və vəzifəli şəxslərə xalqın inamı yox edirsiz.

məmməd 2018-08-28 11:44:52

Cənab Nazir,sizin Şəki Məşğulluq Mərkəzinin direktoru Elçin Salamov öz kreslosunu qoruyub saxlaya bilir.............?

hop-hopnamə 2018-08-28 11:44:52

Obşem paralar vahid pəncərədən qəbul ediləcəkdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol