Menu

Bakıda bu məktəbin fəaliyyəti dayandırıldı

28.08.2018, 15:47
Bakıda bu məktəbin fəaliyyəti dayandırıldı

Bakıda “Mançester Yunayted Futbol Məktəbi”nin fəaliyyəti dayandırılıb. AFFA-dan Axar.az-a verilən məlumata görə, uşaq futbolunun inkişafı məqsədilə 2014-cü ildə təsis olunan, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, "Baksell" şirkəti və İngiltərənin “Mançester Yunayted” klubunun birgə əməkdaşlığı çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin fəaliyyət müddəti tərəflər arasında bağlanmış müqaviləyə əsasən başa çatıb.

Fəaliyyət müddəti ərzində layihə "Baksell" şirkəti tərəfindən dəstəklənirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol