Menu

Usubov yeni rəis təyin etdi

28.08.2018, 16:15
Usubov yeni rəis təyin etdi

Goranboy Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. Report-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Qədirov Ramin Əhmədağa oğlu Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

R.Qədirov bu təyinata kimi Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin əmri ilə Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol