Menu

Lerikdə zəlzələ nəticəsində köhnə tikililərdə çatlar yaranıb

28.08.2018, 20:34
Lerikdə zəlzələ nəticəsində köhnə tikililərdə çatlar yaranıb

Azərbaycanın cənub bölgəsində baş verən zəlzələ nəticəsində yeraltı təkanlar zamanı ciddi dağıntı qeydə alınmayıb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Lerik və Lənkəran rayonlarının bəzi kəndlərində fərdi yaşayış evlərində, xüsusilə köhnə tikililərdə çatlar yaranıb.

Hazırda rayon fövqəladə hallar komissiyaları müvafiq araşdırmalar aparırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol