Menu

Almaniyada Ərdoğanın 4 metrlik heykəli qoyulub

28.08.2018, 22:41
Almaniyada Ərdoğanın 4 metrlik heykəli qoyulub

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın Visbaden şəhərində Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərboğanın 4 metr hündürlüyündə heykəli qoyulub.

«Morgen Post» nəşrinin yazdığına görə, sənət əsəri 28 avqust gecəsi «Birlik» meydanında «Wiesbaden Biennale» festivalı çərçivəsində meydana gəlib. Heykəl qızılı rəngə boyanıb və barmağı ilə səmanı göstərən Ərdoğanı təsvir edir.

Bələdiyyə şurasında heykəlin meydana gəlməsi məsələsinə baxılıb. Şəhər adminitrpasiyası nümayəndəsinin sözlərinə görə, toplantıda «heykəl incəsənət əsəridirmi?» - sualı məsələsi həll olunub və öz fikrini ifadə etmək hüqununa hörmət əlaməti olaraq, heç bir tədbirin görülməməsi qərara alınıb.

Festivalın təşkilatçıları heykəlin meydana çıxması məsələsinə hər-hansı şərh verməyiblər.

Məlumat üçün bildirək ki, «Wiesbaden Biennale» festivalı 1992-ci ildən üzübəri, hər il keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol