«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya hesab edir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) «Şimal axını-2» qaz kəmərinə qarşı sanksiyaları qəbuledilməzdir. Bu barədə Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri bəyan edib. Xəbəri «DPA» yayıb.
Nazirin sözlərinə görə, Berlin Avropanın enerji siyasətinə təsir göstərən məhdudlaşdırıcı tədbirlərə qarşıdır.
Diplomat qeyd edib ki, əgər Vaşinqton Avropa İttifaqına daha çox sıxılmış qaz verməyi planlayırsa, o zaman göndərmə kanallarını genişləndirməlidir.
Bundan əvvəl ABŞ-n Prezidenti Donald Tramp «Şimal axını-2» layihəsini böyük səhv adlandırıb, ancaq etiraf edib ki, layihədə iştirak etmək Almaniyanın öz seçimidir.


Şərhlər