Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.
Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb silahlı müqavimət göstərmişdir. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilmişdir.
Hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd “AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər
Senin kimileri de bele zerersizleshdirmek lazimdir ve ya M herfini goturmek lazimdir ki,qalsin G. herfi.........
Ay "agilli" bele tedbirlerde her shey aniden deyishir.Bir de ki,radlal mehv edilmelidir,chunki eqidesi duzelen deyil.
Yalniz Mehkemenin Qerari ile SHUBHELI shexse qarshi
ittiham ya SUBUT ediler ve yaxud ESASSIZ olaraq,
tesdiqlenmez.
Son zamanlar, shubheli shexse qarshi, emeliyyat kechirildiyi vaxt, shubheli shexsi, canli veziyyetde hebs etmek evezinde, onu qetle yetirirler, sonradan, bu insan barede, "eks muqavimet epizodlarinin" SUBUT FOTO shekilleri olmadan, cemiyyete muxtelif xeberler yayirlar, sual olunur, meger, bir shubheli insani, canli hebs etmek chox chetindirmi?
Bes Mehkeme NEYE LAZIMDIR ???
Cibinə diqqətlə baxmaq lazımdır..orada Alazan da olmalıydı.Ola bilməz ki,terrorçunun cibindən ancaq Avtomat,tapança çıxsın.
Əməliyyatlar səriştəsiz aparılanda cinayətkar məhv edilir.Bu da əhalinin kütləvi narazılığına yol açır.Öldürüləcəyini bilən cinayətkar qəddar olur.Hər cür silahların,məsələn, uzaqdan təsir edən elektirik qurğularının və yuxuladıcı güllələrin mövcudluğu şəraitində cinayətkarı zərərsizləşdirmək mümkündür.Öldürmə halları artanda cinayətkarların radikallığı artır və "onsuz da öldürəcəklər"- deyib böyük ziyanlar törədə bilərlər..