Özbəkistan prezidenti Şavkat Mirziyoyev respublikanın müstəqilliyinin 27-ci ildönümü ərəfəsində rusiyalı iş adamları Əlişir Usmanovu və Vahid Ələkbərovu "El yurt hurmati" ("Ümumxalq hörmət") və "Dustlik" ( "Dostluq") ordeni ilə təltif edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin Mətbuat xidmətindən məlumat veriblər.
Ş.Mirziyoyevin fərmanlarının mətnlərində Ə.Usmanovun Özbəkistan və Rusiya Federasiyası arasında iqtisadi, ictimai və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsinə, V.Ələkbərovun isə neft-qaz kompleksinin inkişafına verdiyi təhfəyə, həmçinin Özbəkistanın karbohidrogen ehtiyatlarından istifadənin effektivliyini artırdığına görə təltif edildiyi göstərilib.


Şərhlər
V.Ələkbərovun ixtiyarında olan kapitallar,həm də ermənilər üçün istifadə olunur.O da general Kərim Kərimov kimi bizim üçün gərəksiz birisidir.