Menu

Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib

30.08.2018, 15:47
Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib

Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib. "Report"un məlumatına görə, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Yusif oğlu Muradov 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin olunub.

Qeyd edək ki, Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzi Şəmkir rayonunda yerləşir.

Xatırladaq ki, V.Muradov 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol