Menu

 "Neftçi" Bakıda qalib gələ bilmədi – 0:0

31.07.2014, 22:27
 "Neftçi" Bakıda qalib gələ bilmədi – 0:0

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” növbəti sınağına çıxıb.

“Ağ-qaralar”ın rəqibi Gürcüstanın “Çixura” klubu olub. Oyun 0:0 hesablı bərabərliklə başa çatıb.

Türkiyədəki hazırlıq prosesində bu komanda ilə 2 dəfə qarşılaşan “Neftçi” rəqibini məğlub edə bilməmişdi – 2:3, 1:1.

Belə ki, 2 il əvvəl Çempionlar Liqasında Gürcüstanın digər klubu “Zestafoni”ni 3:0 hesabı ilə məğlub edən bakılılar avrokuboklarda öz meydanında qalib gələ bilmir.

Qeyd edək ki, Avropa Liqasındakı digər Azərbaycan klublarından “Qəbələ” I, “İnter” II təsnifat mərhələsində mübarizəni dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol