Menu

Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı məlumatları araşdırır

31.08.2018, 13:24
Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı məlumatları araşdırır

Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı erməni KİV-lərində yayılan məlumatları araşdırır.

Modern.az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Hindistandakı səfirliyinə bu məlumatı araşdırmaq barədə tapşırıq verilib:

“Hindistandakı diplomatik nümayəndəliyimizə Ermənistan KİV-lərdə yer alan bu məlumatların nə dərəcə doğru olduğunu dəqiqləşdirmək və zərurət olarsa, bu məsələ ilə bağlı Hindistan tərəfi ilə görüşmək təlimatı vermişik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol