«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp «Bloomberq» agentliyinə bildirib ki, ölkəsi Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxmağa hazırdır.
Prezidentin sözlərinə görə, əgər ÜTT «yaxşı tərəfə dəyişməsə» bu, baş verə bilər.
ABŞ liderinin fikrincə, uzun illər ərzində bu beynəlxalq təşkilat onun vətəni ilə «çox pis» rəftar edib.
Bundan əvvəl, Tramp dəfələrlə ÜTT-ni tənqid edib. Məsələn, o, təşkilatı Çinə üstünlük verməkdə, ABŞ-a isə ədalətsiz yanaşmaqda qınayıb. Tramp həm də bildirib ki, bu təşkilatın ləğvinə çalışacaq.


Şərhlər