Menu

Tramp daha 200 milyonluq rüsum tətbiq etmək niyyətindədir - Çin mallarına

01.09.2018, 00:15
Tramp daha 200 milyonluq rüsum tətbiq etmək niyyətindədir - Çin mallarına

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Çin mallarına daha 200 milyon dollarlıq yeni rüsum tətbiq etmək niyyətindədir.

«Bloomberq» agentliyinin məlumatına görə, Vaşinqton artıq gələn həftə bu barədə qərarını elan edə bilər.

Məlumatda yeni məhdudiyyətin əhatə etdiyi məhsulların siyahısı verilmir, ancaq «Bloomberq» qeyd edir ki, istənilən halda, bu qərar ABŞ və Çin arasında gedən «ticarət müharibəsinin ciddi şəkildə alovlaması» demək olacaq.

Tramp ilk dəfə Çin mallarına yeni rüsumların tətbiqi barədə iyunun ortalarında danışmağa başlayıb. Buna səbəb kimi, guya ABŞ texnologiyalarının oğurlanması bəhanəsi irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol