Menu

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

01.09.2018, 11:52
Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Qardabani rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılmasında şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

1978-ci il təvəllüdlü S. A. adlı qadının üzərində axtarış zamanı iki bağlamada 21,76 qram heroin aşkar olunub. Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol