Menu

"Üzrlü sayın, amma biz heç kimdən icazə almaq fikrində deyilik" - Ərdoğan

02.09.2018, 16:08
"Üzrlü sayın, amma biz heç kimdən icazə almaq fikrində deyilik"  - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Rusiyadan S-400 zenit raket sistemlərinin alınması məsələsində kimdənsə icazə almaq niyyətində deyil.

“Report” "Milliyet" qəzetinə istinadən xəbər verir ki, prezident bu bəyanatla Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən biznes-forumda çıxış edib.

"Biz Rusiya ilə S-400 ilə bağlı saziş imzalamışıq və bu, bəzilərini narahat edir. Üzrlü sayın, amma biz heç kimdən icazə almaq fikrində deyilik", - deyə nəşr onun sözlərini sitat gətirib.

Şərhlər

Türk 2018-09-02 16:08:23

Sağ ol böyük Ərdoğan.Bütün türk dünyası sizinlə fəxr edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol