Menu

Dörd dövlət Rusiyaya qarşı sanksiyaları uzadır

02.09.2018, 20:22
Dörd dövlət Rusiyaya qarşı sanksiyaları uzadır

«AzPolitika.info» -nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) ardınca Çernoqoriya, Albaniya, Norveç və Ukrayna anti-Rusiya sanksiyaların müddətini 2019-cu il yanvarın 31-ə qədər uzatmaq qərarına gəlib.

«Aİ-a üzvlüyə namizəd ölkələr - Çernoqriya və Albaniya, Avropa azad ticarət assosiasiyasının üzvü Norveç və Ukrayna bəyanata qoşulublar» - deyə, Aİ Şurasının saytında xəbər verilir.

İyulun 5-də Rusiyaya qarşı qəbul olunmuş iqtisadi sanksiyalar ölkənin maliyyə və energetika, müdafiə sənayesi və ikili təyinatlı məhsulların istehsalı sektorlarına toxunur. Bu sahələrdə çalışan bir sıra Rüsiya şirkətləri Aİ-nın maliyyə bazarında yerləşmək və Avropa banklarından kredit almaq, eyni zamanda, Avropa texnologiyalarına giriş imkanlarını itirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol