Menu

Yeni başçı Elmar Vəliyevin köməkçisini də vəzifədən uzaqlaşdırdı

03.09.2018, 13:42
Yeni başçı Elmar Vəliyevin köməkçisini də vəzifədən uzaqlaşdırdı

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Elmar Vəliyevin köməkçisini tutduğu vəzifəsindən azad edib.Unikal.org-un əldə etdiyi məlumata görə, Niyazi Bayramovun müvafiq əmrinə əsasən Hacızadə Tural Yaşar oğlu icra başçısının köməkçisi vəzifəsindən azad edilib və İnformasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin olunub.

N.Bayramovun digər əmrinə əsasən, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.

Sözügedən xəbəri Gəncə Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl də Niyazi Bayramovun Mingəçevir İcra Hakimiyyətində köməkçisi olub.

Şərhlər

G.M 2018-09-03 13:42:57

Elmarın köməkçisi elmara indi daha çox lazım olacaq.Onun İH -də qalması lüzumsuzdur.Naqifi də deputatxanadan uzaqlaşdırmaq lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol