Menu

«Əsəd müharibəni uddu, amma sülhə nail ola bilməyib» - Fransa XİN başçısı

03.09.2018, 13:57
«Əsəd müharibəni uddu, amma sülhə nail ola bilməyib» - Fransa XİN başçısı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib ki,  Suriyanın Prezidenti Bəşər Əsəd uzun sürən «vətəndaş müharibəsi»ndə qalib gəlib. Amma Dəməşqin qarşısında hələ sülhə nail olmaq məsələsi dayanır.

Bu barədə  Jan-İv Le Drian «France-Inter»-in efirindən bəyan edib. «Əsəd müharibəni uddu, amma sülhə nail ola bilməyib» - Le Drian bildirib.

Fransa XİN başçısı İdlib əyalətində yaranmış vəziyyəti xüsusi qeyd edib. Bu bölgə əvvəlki kimi, müxalif qüvvələrin və quldur dəstələrinin nəzarəti altındadır.

Fransa XİN İdlibdə döyüşlərin başlanacağı təqdirdə, öz evlərini tərk edəcək qaçqınların sayını 700 mindən artıq qiymətləndirir.

«İdlib uğrunda savaş başlasa, Hələb uğrunda döyüşlərin doğurduğu iztirabın və fəlakətin səviyyəsi onunla müqayisədə ikinci plana keçəcək» - deyə, nazir qeyd edib.

Le Drian onu da bəyan edib ki, Rusiya və Fransa Suriya böhranının siyasi həllində maraqlıdır. Onun fikrincə, Moskva Əfqanıstanda olduğu kimi, «uzun sürən müharibəyə» cəlb olunmaq istəmir.

Şərhlər

kluni 2018-09-03 13:57:29

Sizə yanlış məlumat vermişlər, şefi qərdəş. Müharibəni Uldəmir xan udub. Əsəd sadəcə görüntü yaradıb (aynan bizimkilər kimi imitasiya)!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol