Menu

Rusiyanın dövlət bankı ABŞ-ı tərk etdi

03.09.2018, 22:43
Rusiyanın dövlət bankı ABŞ-ı tərk etdi

Rusiyanın dövlət maliyyə strukturu olan VTB ABŞ-dakı törəmə şirkətini satıb.Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, “VTB Capital" elə VTB-nin menecmentinə satılıb.

Bundan sonra “VTB Capital” adını dəyişərək (Xtellus Capital Partners) ABŞ bazarında müstəqil fəaliyyət göstərəcək.

Anlaşmaya əsasən, “Xtellus Capital Partners” Rusiyanın VTB qrupu üçün ABŞ bazarında broker-diler funksiyasını yerinə yetirəcək. Bu isə bankın müştərilərinə ABŞ bazarında investisiyalara çıxış imkanlarını qoyuyub saxlamağa imkan verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol