Menu

Arif Alvi Pakistanın yeni prezidenti oldu

04.09.2018, 18:44
Arif Alvi Pakistanın yeni prezidenti oldu

Pakistanda 130-cu prezident seçkiləri yekunlaşıb. Seçkilərin yekunlaşması barədə Pakistan Mərkəzi Seçki Komissiyası bildirib.

Pakistanın hakim partiyası olan “Texrik-e-İnsaf”ın (Ədalət üçün hərəkat) namizədi Arif Alvi ölkənin 13-cü prezidenti seçilib.Bununla bağlı “Geo” TV səsvermənin qeyri-rəsmi nəticələrinə əsasən məlumat yayıb.

Seçkilər federal parlamentdə və dörd əyalət assambleyasında yerli vaxtla 10-dan 16-yadək keçirilib. Rəsmi nəticələrin bu gün axşam saatlarında açıqlanacağı gözlənilir.

Xatırladaq ki, ölkə prezidenti postu uğrunda üç namizəd mübarizə aparıb: Arif Alvi, Pakistan Xalq Partiyasından Aizaz Axsan və müxalif birləşmələrin nümayəndəsi Maulana Fazl-ur-Rahman.

Qeyd edək ki, Pakistanın hazırki prezidenti Məmnun Hüseyn ikinci müddətə prezident seçilmək üçün namizədliyini verməkdən imtina edib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol