Menu

ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə ediblər

04.09.2018, 21:55
ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT-in baş katibi Tomas Qreminger və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Yerevanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, görüş zamanı T.Qreminger ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Eyni zamanda T.Qreminger və Z.Mnatsakanyan Ermənistanın daxili siyasi vəziyyətini də müzakirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol