«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq münasibətlər Departamentinin birinci katibi Alaəddin Səid Hamdan bəyan edib ki, Amerika Birləşimiş Şataları (ABŞ) terrorçulara silah göndərir.
«Aşkardır ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri üçüncü dövlətlərin (məsələn, Şərqi Avropa ölkələri, Ukrayna, Balkan ölkələri) üzərindən terrorçulara («ən-Nursə cəbhəsi», İŞİD və s.) böyük miqdarlarda silah və sursat göndərir - onları silahla qidalandırır» - deyə, suriyalı diplomat «Beynəlxalq terrorçuluqla mübarizə kontekstində qeyri-qanuni silah satışına qarşı durmaq» mövzusunda keçirilən konfransda bildirib.
Rəsmi Dəməşq dəfələrlə Vaşinqtonu terrorçuları dəstəkləməkdə ittiham edib. Məsələn, Suriya Xarici İşlər Nazirliyində bəyan ediblər ki, Şərqi Qut azad olunduqdan sonra, Suriya ordusu burada yaxın dövrdə qərb ölkələri və ABŞ tərəfindən göndərilmiş böyük miqdarda silah aşkar edib.
Dəməşq Vaşinqtonu Suriyanın suverenliyinə hörmət etməyə və terrorçuları dəstəkləməyə son qoymağa çağırıb.


Şərhlər