Menu

Əsəd və Abxaziyanın başçısı müqavilə imzalayıb - Dostluq və əməkdaşlıq barədə...

05.09.2018, 12:16
Əsəd və Abxaziyanın başçısı müqavilə imzalayıb  - Dostluq və əməkdaşlıq barədə...

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Suriyanın Prezidenti Bəşər Əsəd və Abxaziyanın başçısı Raul Hacimba Dəməşqdə dostluq və əməkdaşlıq barədə müqavilə imzalayıblar. Bu barədə Suriya Prezidentinin mətbuat xidməti xəbər verib.

«Prezidentlər - Əsəd və Hacimba geniş formatlı danışıqlar aparıblar. Danışıqların gedişində təsdiqlənib ki, bu səfər ikitərəfli münasibətlərin inkişafının əsasını təşkil edir və hər iki ölkənin və dost xalqların maraqlarına cavab verir... Danışıqların sonunda onlar Suriya Ərəb Respublikası və Abxaziya Respublikası arasında dostluq və əməkdaşlıq barədə müqavilə imzalayıblar» - deyə, mətbuat xidməti yazır.

Bundan əvvəl Suriyanın təhlükəsizlik xidmətindəki mənbə «Ria Novosti» agentliyinə bildirib ki, Hacimba rəsmi səfərlə Dəməşqə gəlib. Suriyanın xarici işlər naziri Valid Müəllim onu Dəməşqin beynəlxalq aeroportunda qarşılayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol