Tatarıstan Respublikasından Rusiya Dövlət Dumasının deputatı Rinat Xayrovun 29 yaşlı qızı Elsina İngiltərənin Surrey qraflığının cənub hissəsində elit malikanə alıb.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli mənbələr həmin malikanənin qiymətinin 22 milyon funt sterlinq, yaxud 1,9 milyard rubl olduğunu bildirirlər.

“The Daily Mail” nəşri yazır ki, Tatarıstanın keçmiş maliyyə nazirinin qızının aldığı malikanənin sahəsi 3 hektara bərabərdir.
Evin özündə 10 yataq otağı, 15 hamam, böyük hovuz, SPA-salon, şərab zirzəmisi, kinoteatr, 6 maşınlıq qaraj var. Həyətin 1,2 hektarı isə meyvə bağıdır.

Mənbə əlavə edir ki, bundan öncə Elsina Londonda 10 milyon funt sterlinqə (870 milyon rubl) mənzil alıb.
Bu xəbərləri şərh edərkən deputat Xayrov deyib ki, onun qızı kifayət qədər yaşı olan qadındır və iş adamı ilə evlidir. Öz gəlirlərinin isə qızının mülkiyyətinə heç bir aidiyyatı yoxdur.


Şərhlər
Digər Boуük bir olkənin depuтaтının qızının, уa kürəkəninin İngilərədə malikanə almasının Azərbaуcan siуasəтinə nə aidiууaтı? Lüтfən, bir daha Bərdə şəhərində 22 müəllimin çalışdıgı 94 şagirdlik 122 saуlı Vaqon Orтa Məkтəbindən və Bakıda QAÇQIN şəhərcikləri saldıran QaçKomun deqradasion(aуrıseçkili) fəallıgından уazın. Bakıda Qaçqın şəhərcikləri onlara уardım deуil, aтa-baba уurdu və mülklərinin işgalçılarla RAZILIQ sтaтus-kvosuna adekvaт deуilmi? Buna Parтiуaların münasib-bəуanaтları cəmiууəтə vacibdir.
bunun bize ne dexli hansi yolla elde edib bizim devlete ziyan vurmayib,ez devleti arasdirsin.
Hər iki ölkədə oğurluq eyni ssenari ilə aparılır!!! Bloqqer Mehman burdakıların malikənələrini çəkib göstərirdi deyə tutdular. Siz heç olmasa bizimkilərin də İngiltərədə aldığı "xruşovkalar"dan hərdən məlumat verin. Məlumatı atın Deyli Teleqrafın belinə, guya istinad oradandır.
P.S. Əmi canı heç bir qorxusu yoxdur.