Menu

Almaniya Türkiyə ilə münasibətləri yeniləmək niyyətindədir - Fikir ayrılıqlarına baxmayaraq

05.09.2018, 16:58
Almaniya Türkiyə ilə münasibətləri yeniləmək niyyətindədir  - Fikir ayrılıqlarına baxmayaraq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın xarici işlər naziri Hayko Maas iki ölkə arasındakı fikir ayrılıqları fonunda, Türkiyəyə iki günlük səfərə gəlib.

Uçuşdan əvvəl nazir jurnalistlərə danışıb ki, Berlin münasibətlərin yaxşılaşacağına ümid edir və bu istiqamətdə işləri davam etdirəcək.

O, həm də qeyd edib ki, ölkələr arasında çoxsaylı mədəni, iqtisadi əlaqələr və qarşılıqlı maraqlar mövcuddur.

«Bizim cəmiyyətlər arasındakı sıx əlaqələr və çoxtərəfli qarşılıqlı maraqlar baxımından, münasibətləri yaxşılaşdırmaq istiqamətində fəal işləmək üçün bizdə dəqiq iradə var. Mən, Türkiyəyə səfərimlə buna öz töhfəmi vermək istəyirəm» - deyə, Almaniya XİN-nin mətbuat xidməti nazirdən sitat gətirir.

Maas Ankara ilə konstruktiv münasibətləri Almaniyanın strateji hədəflərindən biri adlandırıb və qeyd edib ki, Türkiyə mühüm qonşu və həmkardır.

Bununla yanaşı, nazir Türkiyədə insan haqları sahəsindəki vəziyyətdən Berlinin narahatlığını xatırladıb və səfərin gedişi zamanı bu məsələni qaldıracağını vəd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol