Menu

Əfqanıstanda partlayış törədilib - 20 nəfər ölüb, 70 nəfər yaralanıb

05.09.2018, 23:47
Əfqanıstanda partlayış törədilib - 20 nəfər ölüb, 70 nəfər yaralanıb

Əfqanıstanın Kabil şəhərində döyüş klubunda partlayış baş verib.“Report”un “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Əfqanıstanın paytaxtı Kabildə baş verən iki partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ölkə paytaxtının qərb hissəsində törədilmiş terror aktı nəticəsində daha 70 nəfərin yaralandığı bildirilir.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Nəcib Daniş bildirib ki, partladıcı qurğu terrorçu kamikadze tərəfindən işə salınıb.

Hələlik heç bir silahlı qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol