Menu

"Nəvəm məktəbə getmək üçün 2-3 marşrut dəyişməli olacaq" - Araşdırmaçıdan ŞİKAYƏT

06.09.2018, 19:02
"Nəvəm məktəbə getmək üçün 2-3 marşrut dəyişməli olacaq" - Araşdırmaçıdan ŞİKAYƏT

İbtidai sinfə qəbul şərtlərinin ildən-ilə asanlaşdırılmasına baxmayaraq, bəzən çətinliklə üzləşən, narazı qalan və şikayət edənlər də olur.

Belə şikayətçilərdən biri yazıçı-publisist, araşdırmaçı Aslan Kənandır (Aslan Qasımlı). Şikayətçi "Şərq”ə ünvanladığı məktubunda nəvəsi Mahmudlu Mehdi Fərid oğlunun qeydiyyatda olduğu ünvan üzrə orta məktəbə qəbul edilmədiyini yazıb: "21 dekabr 2012-ci il təvəllüdlü nəvəm Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 100 ünvanında qeydiyyatdadır. İbtidai sinfə hazırlığı "Hədəf” kurslarında keçib. Nəvəmin sənədlərini yaşadığı ünvana ən yaxın ərazidə yerləşən Tahir Həsənov adına 23 saylı tam orta məktəbə təqdim etdik. Lakin göstərilən ünvanın bu məktəbin qeydiyyatında olmadığını səbəb gətirərək, sənədləri qəbul etmədilər”.

K.Aslan qeyd edir ki, yaranmış problemlə bağlı əlaqədar idarələrə müraciət edib, lakin müsbət nəticəsi olmayıb.

Belə olduğu təqdirdə Prezident Administrasiyasının Humanitar məsələlər üzrə müdiri Fərəh xanım Əliyevaya ərizə ilə müraciət edib. Ərizə dərkənarla Təhsil Nazirliyinə göndərilib. Təhsil Nazirliyindən də Bakı şəhəri üzrə Təhsil İdarəsinə.

Oradansa bildirilib ki, bu məsələ onların səlahiyyətində deyil. Aslan Kənan məsələ ilə bağlı Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məktubla müraciət edib. Bu dəfə də məktub baxılmaq üçün Təhsil Nazirliyinə, oradan da BŞTİ-nə göndərilib. Yenə də BŞTİ-dən cavab gəlib ki, bu, mümkün olan iş deyil. Ailə məcburiyyət qarşısında qalaraq övladlarını Yasamal rayonundakı 175 saylı orta məktəbə yazdırıb.

Aslan Kənan bildirir ki, nəvəsini məktəbə aparmaq üçün ən azı 2-3 marşrut dəyişməli olacaqlar. Bu isə həm zaman itkisi, həm də ailə büdcəsinə əlavə yükdür. Yazıçı-publisist sual edir ki, uşağın qeydiyyatda olduğu ərazi 23 saylı məktəbin yaxınlığında olduğu halda, niyə uzaq məsafədəki məktəbə getməlidir? Digər tərəfdən isə, 23 saylı məktəbə ərazidə qeydiyyatda olmayan, uzaq məsafədə yaşayan uşaqlar necə qəbul olunub?

A.Kənan aidiyyatı qurumların onların şikayətinə diqqət edəcəklərinə ümid edir.

Şərhlər

Mübariz 2018-09-06 19:02:39

Hörmətli ziyalı Aslan müəllim, 23 saylı məktəbin direktoru Mehriban Əliyevanın köməkçisinin arvadıdır. Onu da yadınıza salıram ki, siz Azərbaycanda yaşayırsınız. Odur ki, burada haqq-ədalət axtarmaqla özünüzü əziyyətə salmayın....

t.ədalət 2018-09-06 19:02:39

Aslan müəllimə məslətdir ki,təhsil nazirimiz Ceyhun Bayramovun məktəb direktorları haqqında dedikləri ilə tanış olsun.Nazirimiz belə bir fikir yaydı ki,məktəb direktorları baytarlar,aqronomlar və s.ola bilər.Bu şərtlə ki,gəlir yerləri,qazanc əldə edə bilsinlər.İndi Sizin əliniz cibinizdə olmayıb,nəvəniz də gedib aralıdakı məıktəbə düşüb..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol