Menu

Türkiyənin tanınmış idman şərhçisi yol qəzasında ölüb

06.09.2018, 20:32
Türkiyənin tanınmış idman şərhçisi yol qəzasında ölüb

Türkiyəli sabiq basketbolçu və tanınmış idman şərhçisi İsmet Badem Çanakkale şəhərində yol qəzasında ölüb.

"Report" xəbər verir ki, bu barədə onun oğlu Burçin Badem şəxsi "Twitter" hesabından paylaşım edib.

Qeyd edək ki, İsmet Badem Türkiyənin "Beşiktaş" və "Fənərbağça" klublarında oyanayıb. O, idmançı karyerasını başa vurduqdan sonra televiziya proqramlarında şərhçiliyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol