Menu

Fransa Suriyaya zərbə endirməyə hazırdır - Baş qərargah rəisi

06.09.2018, 20:50
Fransa Suriyaya zərbə endirməyə hazırdır - Baş qərargah rəisi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa silahlı qüvvələrinin (SQ) Baş qərargah rəisi xəbər verib ki, bu, İdlibdə kimyəvi silahdan istifadə olunacağı təqdirdə baş verə bilər.

Xəbər verilir ki, İdlibdə kimyəvi silahdan istifadə olunacağı halda, Fransa ordusu Suriyaya zərbə endirməyə hazırdır. Bu barədə Fransa silahlı qüvvələri Baş qərargah rəisi, general Fransua Lekuentr cümə axşamı juranlistlər üçün təşkil olunmuş brifinqdə bəyan edib. Xəbəri «Röyter» agentliyi yayıb.

Lekuentr həm də qeyd edib ki, noyabrın sonuna nədər İraqda və Suriyada İŞİD terrorçu qruplaşmasının tamamilə məhv edilmsini gözləyir.

İdlib - Suriyanın yeganə bölgəsidir ki, hələ də qeyri-qanuni silahlı birləşmələrin nəzarəti altındadır. 2017-ci ildə orada şimal təhlükəsizlik zonası yaradılıb. Barışıqdan imtina edən terrorçular ailələri ilə birlikdə oraya toplaşıblar.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin Suriya üzrə xüsusi elçisi Stefan de Misturanın məlumatına görə, bu bölgədə «Cəbhət ən-Nursə» və Əl-Qaidə qruplaşmalarının 10 minə yaxın döyüşçüsü yerləşib.

Dəməşqin bu bölgəyə nəzarətinin bərpası mahiyyət etibarilə Suriyada miqyaslı hərbi qarşıdurmanın sonu olacaq.

Avqustun 25-də Rusiya Müdafiə nazirliyi xəbər verib ki, bu bölgədə terrorçular Britaniya xüsusi xidmətlərinin fəal iştirakı ilə guya, hökumət qüvvələri tərəfindən dinc əhaiyə qarşı «kimyəvi hücum» provakasiyası hazırlayırlar.

Provakasiya, növbəti dəfə ABŞ, Britaniya və Fransa tərəfindən Suriyanın dövlət və iqtisadi əhəmiyyətli obyektlərinə zərbə endirmək üçün bir bəhanə olmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol