Menu

«Çin öz ərazisini qorumaq üçün hər şeyi edəcək» - ÇXR XİN

07.09.2018, 00:42
«Çin öz ərazisini qorumaq üçün hər şeyi edəcək»  - ÇXR XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərəgörə, Çin özünün milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün vacib tədbirləri görməyə hazırdır. Bu barədə ÇXR XİN-nin rəsmi nümayəndəsi Xua Çunin cümə axşamı brifinqdə Britaniya HDQ gəmisinin Çinin nəzarəti altında olan Cənubi-Çin dənizindəki mübahisəli Sişa (Parasel adaları) arxipelaqının yaxınlığından keçməsi məsələsini şərh edərkən bildirib.

«Avqustun 31-də «Albion» icazəsiz olaraq, Çinin ərazi sularına daxil olub. Çinin uyğun gəmiləri onu indentifikasiya edərək, ərazidən çıxmasını istəyiblər» - deyə, Xua Çunin bildirib.

«Sişa adaları ÇXR-nın ərazisidir - Çin öz ərazi bütövlüyünü və milli suverenliyini qorumaq üçün bütün vacib tədbirləri görmək niyyətindədir» - diplomat qeyd edib.

Çin Britaniyaya ciddi xəbərdarlıq edib və iki ölkə arasındakı münasibətlərə xələl gətirməmək üçün belə hərəkətlərdən əl çəkməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol