Menu

"Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil" - Ərdoğan

07.09.2018, 16:13
"Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil" - Ərdoğan

"Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşdə deyib.

O həmçinin vurğulayıb ki, Suriya ordusunun İdlibdə əməliyyatlar keçirməsi humanitar fəlakətə səbəb ola bilər: "Suriyanın İdlib vilayətindəki vəziyyət risk nöqtəsinə gəlib çatıb. Bu region Türkiyənin təhlükəsizliyi üçün vacibdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol