Menu

Pentaqonun başçısı istefaya gedə bilər - Tramp haqqında kitabda yazılanlara görə

07.09.2018, 16:06
Pentaqonun başçısı istefaya gedə bilər  - Tramp haqqında kitabda yazılanlara görə

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp həmişə Ceyms Mettisə hörmətlə yanaşıb, ancaq indi onun düşünmək üçün bütün əsasları var: görəsən, Pentaqonun başçısı onun arxasınca nələr danışır?

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu fikri «Vaşinqton Post» qəzetinə ABŞ administrasiyasındakı mənbə bildirib.

Tanınmış jurnalist Robert Vudfordun «Qorxu: Tramp Ağ evdə» kitabında iddia olunur ki, Ceyms Mettis Prezident Trampı 5-ci sinif şagirdi ilə müqayisə edib.

Kitabdan seçmələr dərc olunduqdan sonra, müdafiə naziri bu fikri təkzib edib, Ağ Evin aparat rəhbəri Con Kelli isə Trampı «idiot» adlandırmadığını bildirib.

Prezidentin özü isə «Tvitter»ində yazmağa məcbur olub ki, Baş prokuroru «kütbeyin cənublu» adlandırmayıb.

Beləliklə, şübhə yeri qalmır ki, Tramp artıq ABŞ-ı «dəmşalaq»lar ölkəsinə çevirib...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol