Menu

4 vəkilin fəaliyyəti dayandırılıb

07.09.2018, 16:59
4 vəkilin fəaliyyəti dayandırılıb

Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyəti 4 vəkilin fəaliyyətini dayandırıb. Bu barədə Vəkillər Kollegiyasının sentyabrın 4-də yaydığı məlumatda deyilir.

Mənbənin məlumatına görə, ötən gün Rəyasət Heyəti 24 intizam icraatına başlayıb.

Müzakirələrin yekunlarına əsasən peşə-etik normalarını pozduğuna görə 7 vəkilin barəsində inzibati tənbeh tətbiq edilib. İki vəkilə töhmət verilib. Bundan əlavə, 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Onlar müqavilə bağlamadan hüquqi yardım göstərdiklərinə, müdafiə hüququnu pozduqlarına və ədalətli məhkəməyə maneə yaratdıqlarına görə cəzalandırıblar.

Cəzalandırılan vəkillərin adları açıqlanmır.

Son 9 ayda Vəkillər Kollegiyası öz vətəndaş mövqeyi ilə tanınan vəkillər - Yalçın İmanov, İradə Cavadova, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərlərinin səlahiyyətlərini dayandırıb.

Bundan öncə tanınmış vəkillər Xalid Bağırov, Əlaif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışov və başqaları Kollegiyadan xaric ediliblər.

Vəkil Fuad Ağayevə töhmət verilib.

Vəkillərə qarşı ittihamlarla DİN, Ədliyyə Nazirliyi və Baş Prokurorluq orqanları çıxış ediblər. (Turan)

Şərhlər

еlsevər 2018-09-07 16:59:40

Sadəcə ayıbdı bizim millətin adına belə qərarlar.

azər 2018-09-07 16:59:40

Vəkillər qallegiyası nə və kim olaraq kimisə vəkillik statusundan məhrum edir, o özü sadəcə bir ictimai birlikdir və yalnız öz üzvlüyündən çıxarda bilər fərdi qaydada..vəkillik statusundan məhrumetmənisə bütün dünyada qərəzsiz və obyektiv məhkəmələr edə, bizdəsə ən azı yapa bilərlər...bəyəm hakimləri hakimlikdən mərkəmə-hüquq aşurası məhrum edir? xeyr, əsla! yalnızca prezident! eyni qayda vəkillərə də tətbiq olunmalıdır..

VƏKİL AZADƏLİYEV ELXAN CƏBRAYIL OĞLU 2018-09-07 16:59:40

QARDAŞI SABİQ POLİS RƏİSİ FƏQAN CƏBRAYILOVLA VƏ ARVADI AZADƏLİYEVA ARZU ALLAHŞÜKÜR QIZIYLA ƏLBİRÇİLİK EDƏRƏK AĞIR CİNAYƏTİN GİZLƏDİLMƏSİNDƏ AKTİV İŞTİRAK EDİRLƏR...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol